Avtobus qəza törətdi, marşrutlar xətdən çıxdı

11:15 23-07-2019 32

Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.

Trend-ə istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl "Şamaxı yolu" (Şamaxinka) adlanan ərazidən üzü Biləcəri dairəsinə gedən yolda qeydə alınıb.

Minik avtomobili 90 TJ 109 dövlət nömrəli “Volksvagen” markalı avtomobil və 92 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.

Hadisə səbəbindən Biləcəri qəsəbəsi və qəsəbəyə düşən yol bir müddət bağlı qalıb, bu səbəbdən digər marşrut avtobusları da xətdən çıxaraq yollarını dəyişiblər.

Qəza yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşları yaranmış problemi aradan qaldırmağa müvəffəq olublar.