Messi mənə hələ zəng etməyib, ancaq... - Qrizman

11:10 23-07-2019 28

"Barselona"nın futbolçusu Antuan Qrizmann komanda yoldaşı Lionel Messi haqda danışıb.

Qol.az-ın yaydığı xəbərə görə, 28 yaşlı oyunçu argentinalı hücumçunun onu Kataloniya klubuna keçməsi münasibəti ilə hələ də təbrik etmədiyini deyib:

"Messi mənə hələ zəng etməyib, amma Luis Suares məni təbrik etdi və "xoş gəldin" dedi. Oyunçulardan isti münasibət görmüşəm. Onlarla eyni paltardəyişmə otağında olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, hamısına ən yaxşı şəkildə kömək edəcəm".

Qeyd edək ki, "Barselona" bu ay Qrizmannla 5 illik müqavilə imzalayıb.