İranda xarici kəşfiyyata çalışan 17 nəfər həbs edilib

11:41 22-07-2019 31

İranda xarici kəşfiyyatla əməkdaşlıq edən 17 nəfər həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Təhlükəsizlik Nazirliyinin açıqlamasında bildirilib ki, həbs olunmuş cəsuslar İranın iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələr kimi strateji mərkəzlərində çalışıblar.

Cəsuslar məlumatları toplayaraq Qərb ölkələrinin kəşfiyyat orqanlarına ötürməkdə ittiham olunurlar.

Məlumatda o da qeyd olunub ki, cəsusların bir neçəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə əməkdaşlıq etməsi artıq sübuta yetirilib.

Həbs edilənlərin bir neçəsi haqda məhkəmə qərarı çıxarılıb, onların edam olunacağı ehtimal olunur.