Tramp donanmanı ona həvalə edəcək

11:49 11-07-2019 29

ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi vəzifəsinə vitse-admiral Maykl Gildeyi təyin etmək niyyətindədir.

Xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri yazıb.

Nəşrin məlumatına görə, Tramp Gildeyi seçməyə məcbur olacaq, çünki bundan əvvəlki namizəd vitse-admiral Uilyam Moren vəzifədən imtina edib. Ölkə başçısı artıq iyulun 10-da Ağ Evdə bununla bağlı müzakirə keçirib və demək olar ki, Gildey sözügedən vəzifəyə təyin edilib.