Braziliya Amerika Kubokunun qalibi oldu

11:22 08-07-2019 355

 

Futbol üzrə Amerika Kubokunun final oyunu keçirlib.

Teleqraf.com-un məlumatına görə, “Marakana” stadionunda keçirilən görüşdə Braziliya və Peru yığmaları üz-üzə gəlib.

Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Braziliya millisi tarixində 9-cu dəfə Amerika Kubokuna sahib olub.

Qeyd edək ki, turnirdə üçüncü yeri Çiliyə 2:1 hesabı ilə qalib gələn Argentina yığması tutub.