Trampın gözü qarşısında ABŞ bayrağı yandırıldı

11:29 05-07-2019 29

Müstəqillik günündə 3 nəfər aktivist Ağ Evin qarşısında, Prezident Donald Tramp binada olarkən ABŞ bayrağını yandırıb.

Xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Məlumata görə, bayrağın yandırılmasında İnqilabçı Kommunist Partiyasının 3 fəalı iştirak edib. Onlar bunu Trampın Avraam Linkoln memorialına nitq söyləmək üçün yola çıxmasından 1 saat əvvəl təşkil ediblər.

Aktivistlər Trampın və ABŞ-ın əleyhinə şüarlar səsləndiriblər.