Qiymətin qalxmaması üçün nə edirsiniz? - Deputat

14:35 27-06-2019 330

Minimum əmək haqqının artırılması, təqaüdçülərin dəstəklənməsi böyük hadisədir. Bunun nəticəsində çoxsaylı insanlar kasıbçılıq kateqoriyasından çıxacaq. Eləcə də dövlətçiliyi, sərhədlərimizi qoruyan strukturların əməkdaşları, hərbi qulluqçuların əmək haqlarının 40 faiz artırılması müsbət hadisədir. Bu, bizim hərbçilərimizin mənəvi ruhuna, vətənpərvərlik hisslərinə də müsbət təsir edir.

Xəbər verir ki, bu fikirləri deputat Elmira Axundova Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili əlavə edib ki, müvafiq strukturlar bu artımların ərzaq məhsullarının qiymətinin bahalaşmasına səbəb olmaması üçün çalışmalıdır:

“Eləcə də bank sisteminin əməkdaşları çalışmalıdır ki, manat dəyərdən düşməsin. Mən Maliyyə naziri Samir Şərifovdan soruşmaq istərdim ki, bu cür halların baş verməməsi üçün preventiv tədbirlər görülürmü? Çünki əksər hallarda əmək haqqı artan kimi ərzaq məhsullarının qiyməti qaldırılır. Baxmayaraq ki, bunun üçün əsas yoxdur”.