Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu

17:28 18-06-2019 505

Bu gün UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.

Xəbər verir ki, İsveçrənın Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi 1-ci mərhələdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-10-u, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək.