Uşaq 3-cü mərtəbədən yıxıldı, burnu belə qanamadı - VİDEO

13:43 18-06-2019 39

Türkiyənin Sakarya şəhərində bir uşağın binanın üçüncü mərtəbəsindən yerə yıxılması təhlükəsizlik kamerasına anbaan düşüb.

Demokratikmusavat.com teleqraf.com-a istinadla xəbər verir ki, Yunus Əmrə məhəlləsi 4043 küçədə yaşayan iki yaşlı suriyalı Rava el-Hızır eyvanda oynayarkən yerə yıxılıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını və uşaq Akyazı Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.