İrana qarşı bu savaşa girmişik - BƏƏ

14:30 13-06-2019 59

Birləşmiş Ərəb Əmirliyi qonşuluğunda nüvə gücü olan İrana qarşı səbir nümayiş etdirməyəcək.

Xəbər verir ki, bunu “Die Velt” saytına müsahibəsində BƏƏ-nin Dövlət naziri Sultan Caber deyib.

“Bizim fikrimizcə, nüvə razılaşması uğursuzluğa düçar olub. İran Suriya, İraq, Livan və Yəmənin destabilizasiya edilməsi üçün ekspansionist proqramını tətbiq etməyə davam edir. BƏƏ Yəməndəki savaşda İran təsirinin yayılmasının qarşısını almaq üçün iştirak edir”, – deyə o bildirib.