Rəisin "Dostluq" kafe-restoranı vergidən yayınır və müştəriləri soyur

11:12 12-06-2019 72

Kafe-restoranın İmişli Rayon Polis şöbəsinin rəisi Füzuli Şıxəliyevə məxsus olduğu bildirilir

Azərbaycanda şadlıq saraylarının, ailəvi istirahət mərkəzlərinin, Otellərin, kafe-restoranın şəbəkələrinin böyük hissəsinin polis rəislərinə, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının məsul rəhbər şəxslərinə məxsus olması adi hal hesab olunur.
Belə kafe-restoranların bərk gedənlərindən biri də Sabirabad rayonu ərazisində yerləşən "Dostluq" kafesidir. Əvvəlcədən qeyd edim ki, bu kafenin hazırda İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışan Füzuli Şıxəliyevin yaxın qohumları işlədir və yerli əhali kafenin rəisin olduğunu deyir.
Kafe ilin bütün fəsillərində müştərin bolluğu ilə seçilir. Bakıdan Mil, Muğan, Qarabağ zonasına və əks istiqamətə avtomobillə hərəkət edənlərin əksəriyyəti, demək olar ki, bu kafedə dayanıb istirahət edir, yemək yeyir, kafenin ətrafındakı yaşıllıqda günün istisindən qorunur və dinini alıb, yoluna davam edir.
Hər kəs kimi mən də il ərzində hər ay bir neçə dəfə Beyləqana gedərkən, bu kafedə dayanıram, yemək yeyirəm, dincəlib, sonra yola davam edirəm. Bu kafenin insanları daha çox cəlb etməsinin əsas səbəbi zəngin bitki örtüklü təbiəti ilə yanaşı, həm də ksfedə göstərilən xidmətin keyfiyyəti yaxşı olması ilə bağlıdır.
Bir neçə gün öncə ailəmlə Bakıya gələndə, həmişəki kimi, "Dostluq" yeməkxanasında dayanıb, istirahət etdik və yemək yemək yedik. Həmişə olduğu kimi, xidmət edənlər bu dəfə də bizi gülərüz, mehriban qarşıladılar, kanalqirağı hissədə yer verdilər. Stolumuza üç nəfərlik "maça" (balaca quzunun ayaqda yuxarı hissəsi, üzərində təxminən 100 qram ət olan bazu sümüyü), 3 lülə, bir qabda 4 tikə pendir, 3 kasa qatıq, para

demokratikmusavat.com