Paşinyan Qarabağda müharibə arzulayır? - Şərh

14:56 10-06-2019 26

Son günlərdə qoşunların təmas xəttində erməni aqressiyasının artmasının iki səbəbi ola bilər.

Xəbər verir ki, bunu Aznyus.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı qeyd edib. O, Ermənistan ordusunun təxribatları nəticəsində son vaxtlarda Azərbaycan ordusunun iki hərbçisinin şəhid edilməsinin əsas səbəblərinə diqqət çəkib:

“Birincisi, bu göstərişin arxasında Paşinyan özü dayanırsa, deməli, erməni cəmiyyətini qanla ovutmağa çalışır. Üstəlik, Azərbaycanın hərbi əməliyyatlara başlamasını onun hakimiyyətinə qarşı daxildəki həmlələri səngidəcəyini düşünür.

İkincisi, Paşinyan orduya nəzarət edə bilmir. Dağlıq Qarabağdakı erməni komandirləri Azərbaycanı hərbi əməliyyatlara təhrik etmək istəyirlər. Həmin komandirlər öz güclərinə də, Azərbaycan ordusunun gücünə də yaxşı bələd olduqlarından əmindirlər ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə bizim Silahlı Qüvvələrimiz ilk gecədə bir neçə rayonu işğaldan azad edəcək. Bu isə Paşinyanın ertəsi gün hakimiyyətdən silahla qovulması deməkdir”.

T.Şahsuvarlının sözlərinə görə, bütün hallarda Paşinyanın Ermənistanı idarə edə bilməməsi açıq-aşkar görünür:

“Azərbaycan məqamı doğru seçməlidir. Elə seçməlidir ki, hərbi əməliyyatlar Paşinyana qarşı daxili hücumları səngitməsin, onun hakimiyyətini möhkəmləndirməsin, eyni zamanda, Qarabağ klanını Ermənistanda hakimiyyətə daşımasın və Qarabağı Azərbaycana qaytarsın”.