Ruslan Abışov “Neftçi”dən getdi

14:54 10-06-2019 16

"Neftçi" kapitan Ruslan Abışovla yollarını ayırıb.

Axar.az xəbər verir ki, təcrübəli müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ruslan Abışov komandanın yetirməsidi. 2003-2012-ci illərdə "ağ-qara" formanı geyinən futbolçu sonrakı illərdə 2012-2017-ci illərdə ardıcıl olaraq "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter"də oynayıb. 31 yaşlı futbolçu 2017-ci ildə doğma komandasına dönüb.