Dünya liderlərinin Prezidentə təbrikləri davam edir

20:41 24-05-2019 865

San-Marino Respublikasının Kapitan-Regentləri Nikola Selva və Mişel Muratori Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xəbər verir ki, təbrikdə qeyd edilir:

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən gözəl arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, səmimi qəlbdən xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə rifah, inkişaf və firavanlıq diləyirik".

***
Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram", - təbrikdə qeyd edilir.