Məqsədi torpaqlarımızın hərbi yolla azad edilməsidir

20:16 24-05-2019 620

Qabil Hüseynli: "Qarşımızda iki yol var - ya uzun muddətli nəticəsiz danışıqlara
getməliyik, ya da ermənilərə heç olmasa lokal miqyaslı qulaqburması verməliyik"

 Qabil Hüseynli: ile ilgili görsel sonucuQabil Hüseynli: ile ilgili görsel sonucu

Şair Ramaldanov: "Beynəlxalq dəyərləndirməyə görə
Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordularından biridir"

 

 

Son zamanlar Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinə cəmiyyətdə ümidlər kəskin azalıb. Bu, həm Ermənistan tərəfinin ritorikası, həm sülh danışıqları aparan vasitəçilərin iflic vəziyyətə düşməsi ilə izah edilə bilər. Sözügedən amillərin təsiri altında Azərbaycan cəmiyyətinin güc yolu ilə torpaqların azad edilməsi istəkləri günbəgün artmaqdadır. Belə bir şəraitdə son dörd ay ərzində Azərbaycan ordusu həqiqi döyüş arsenalından istifadə edərək, cəbhə bölgəsinə yaxın ərazilərdə bir neçə genişmiqyaslı təlimlər keçirib.

Mayın 20-dən etibarən Azərbaycan ordusunun başlatdığı müxtəlif qoşun növlərinin, bölük, birlik birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri dünən başa çatdı. 4 gün davam edən təlimlərdən Ermənistan ciddi şəkildə narahat olmağa başlayıb.

Erməni mətbuatında Azərbaycanın hücuma hazırlaşdığı barədə xəbərlər dərc olunmaqdadır. Hətta, erməni baş nazir Nikol Paşinyanın hücum planından narahat olduğunu ermənilərin özləri təsdiqləyirlər. Baş nazirlə qondarma Dağlıq Qarabağ klanı arasında yaranan fikir ayrılıqları bu narahatlıqları bir qədər gücləndirir. Bu gün erməni mətbuatı Azərbaycan tərəfinin müharibəyə başlayacağı barədə ciddi təşvişlə yazır. Azərbaycan siyasi rəhbərliyi isə hər zaman olduğu kimi bildirir ki, o, hələlik sülh danışıqlarına sadiqdir danışıqlar yolu ilə işğal faktının aradan qaldırılacağına ümid bəsləyir.

Belə bir şəraitdə Azərbaycan ordusu öz ərazilərində təmizləmə əməliyyatına başlasa, bu hansı nəticələrə gətirib çıxara bilər? Bu süalla politoloq Qabil Hüseynliyə müraciət etdik. Politoloq qeyd etdi ki, onsuz da son bir neçə ayda dəfələrlə, hətta, parlament seçkiləri ərəfəsində Azərbaycan Ermənistanı təhdid edən bəyanatlar yayırdı, həmin vaxt Paşinyan da danışıqlar prosesini əngəlləyən bəyanatlar sesləndirməkdə davam edirdi: "O zaman Azərbaycan Ermənistana hücum məsələsini gündəmə gətirmədi - ölkədəki ictimai-siyasi proseslərin tam olaraq başa çatmasını gözlədi. Burada yəqin ki, Ermənistanı himaye edən ölkələrin təsiri var idi. İndi artıq bizim üçün Ermənistanda böhranın olub-olmamasının, Koçaryanın azadlığa buraxılmasının s. o qədər böyük əhəmiyyəti yoxdur, bu məsələni şişirtməyə ehtiyac yoxdur. Lakin Azərbaycan ordusu son dörd ayda üç dəfə sərhəd bölgəsində, cəbhə relyefinə uyğun ərazilərdə güclü hərbi təlimlər keçir, həm bu təlimlərdə bütün qoşun növlərindən istifadə edilir. Bu təlimlər tam olaraq həqiqi döyüşlər vəziyyətinə yaxınlaşdırılıb, bu əməliyyatlarda həqiqi mərmilərdən istifadə edilir ordunun hazırlıq vəziyyəti yoxlanılır. Azərbaycan tərəfi danışıqlarda Ermənistanın naz-qəmzəli davranışlarından təngə gəlib, onlar açıq-aşkar danışıqlar prosesini təxribata çəkərək vaxt udmaq istəyirlər. Qarşımızda iki yol var - ya uzun muddətli nəticəsiz danışıqlara getməliyik, ya da ermənilərə heç olmasa lokal miqyaslı qulaqburması verməliyik. Zənnimcə, Azərbaycan ordusu bunu bacarar etməlidir. Yəqin ki, yaxın zamanlarda biz bunun şahidi olacağıq

Hərbi-ekspert Şair Ramaldanov məsələyə münasibət bildirərkən dedi ki, prezident İlham Əliyev bu istiqamətdə öz fikrini konkret deyib - biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik, biz torpaqlarımızı hansı yolla olur-olsun azad edəcəyik: "Ali Baş Komandanın bu fikrini həyata keçirməyə qadir ordumuz var. Beynəqxalq dəyərləndirməyə görə Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordularından biridir. Bu Ali Baş Komandanın təşəbbüsü ilə ordumuzun ən müasir silahlarla silahlanmasının daim döyüş hazırlığını yüksəltməsinin nəticəsidir. Prezidentin daha bir ifadəsini işlətmək istərdim: "Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ermənistanı təkbətək qoysalar ordumuz qısa zaman ərzində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir". Bu prezidentin ordumuzun qüdrətinə verdiyi qiymətdir. Bu gün Azərbaycan cəmiyyəti , bu istiqamətdə dövlət başçısına tam olaraq dəstək verir, cəmiyyət dövlət bu məsələdə eyni platformadan çıxış edir. Bu gün ordunun müasir silahlarla silahlanmasının döyüş hazırlığının təkimləşdirilməsinin əsas məqsədi torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyünün təmin edilməsidir. Bu baxımdan Azərbaycan Ordusunun gücünə heç bir şübhə yoxdur. Bu yalnız bizim fikrimiz deyil, həm beynəlxalq təşkilatların xarici hərbi ekspertlərin gəldiyi qənaətdir. Hətta, erməni ekspertlər belə, bu həqiqəti etiraf edir. Paşinyan Qarabağ klanı ilə arasındakı fikir ayrılıqlarından danışarkən deyib ki, Qarabağ klanı təxribat yolu ilə Azərbaysanı müharibəyə başlamağa təhrik etmək, torpaqların işğaldan azad edilməsinə şərait yaratmaq sonra isə məsuliyyəti mənim üstümə atmaq istəyir. Yəni, hətta Ermənistan rəhbərliyi düşünür ki, Azərbaycan ordusu torpaqlarını azad etməyə qadirdir. Sadəcə olaraq Azərbaycan ATƏT-n Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll etmək barədə sazişə imza atıb. Lakin bu qurumların iflic vəziyyətə düşməsi, üstəgəl, Ermənistanın qeyri-konustruktiv mövqeyi Azərbaycana başqa yol qoymur, bir yolumuz qalır ki, güc yolu ilə torpaqlarımızı azad edək. Bu gün həyata keçirilən bütün tədbirlərin məqsədi torpaqlarımızın hərbi yolla azad edilməsidir".

 Akif Nəsirli