İctimai nəqliyyatdan
pulsuz istifadə hüququna
layiq olmaq…

20:11 24-05-2019 40

Avtobusa deyil, bu dərsdən beş almağa tələsək

 Gündəmdə olan maraqlı bir xəbər oxudum - Estoniyada ictimai nəqliyyat pulsuz olacaq. (Bu barədə qəzetimizin ötən sayında dayanmışdıq N-V) Ölkənin on beş regionunun doqquzunun əhalisi həmişəlik olaraq ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Amma bu, hələ hamısı deyil. Qalan altı regionun da 2020-ci ilədək bu təcrübəyə qoşulacağı deyilir. Yeri gəlmişkən, bu təcrübənin dünyada ilk olacağı deyilir. O da qeyd edilir ki, Tallində ictimai nəqliyyatın ödənişsiz fəaliyyət göstərməsi 2013- ildən həyata keçirilir, digər səkkiz regionda isə qərarın iyulun 1-dən qüvvəyə minəcəyi bildirilir.

Məsələnin önəmli tərəfi odur ki, belə tədbirlərlə Estoniya hökuməti havanı təmiz saxlamağa, eyni zamanda, ticarət dövriyyəsinin həcmini artırmağa nail olub. Bu addımın müsbət nəticəsi kimi, əhali nəqliyyat xərcləri olmadan rahat alış-veriş edərək, daşımalardan yararlana bilir. Deyilənə görə, vətəndaşlar nəqliyyat kartını bir dəfə qeydiyyatdan keçirməklə həmin regionlardakı ictimai nəqliyyatdan pulsuz istifadə hüququna sahib olur.

Xəbər sözsüz ki, yaxşı məzmunuyla diqqəti çəkir. Amma bizim başqa ölkələrlə işimiz?! Doğrudur, qlobal mənada bir dünyanın parçaları olaraq, yaxın uzaq ölkələrdə tətbiq edilən, müsbət anlam kəsb edən təcrübələri biz mənimsəyə, mümkün olsa, istifadə edə bilərik. Təkrar edirəm, mümkün olsa. Lakin elə mətləblər var ki, onun mümkünatı düşünürəm, illər sonra da bizə nəsib ola bilməsin.

Yadımdadır, illər öncə Azərbaycanda da Estoniya variantına oxşar bir addım atılmışdı. Bölgələrdə orta məktəb müəllimlərinin avtobusdan güzəştli istifadə etməsi üçün bəlli bir yola başlanmışdı. Müəllimlər qırmızı rəngli vəsiqələrlə avtobuslardan pulsuz istifadə etmək güzəştinə malik olmuşdular. Bu addım səhv etmirəmsə, təxminən, bir il müddətində qüvvədə qaldı aradan keçən uzun illər ərzində hələ yaddan çıxmır. Yaddan çıxmamağının səbəbi var, aylıq maaşlarının həddiylə ictimai nəqliyyata xərclədikləri məbləğin üst-üstə düşməməsidir nostalgiyanı zaman-zaman oyadan ...

Bəli, hazırda ictimai nəqliyyatdan güzəştsiz istifadə hüququ «qazanan» müəllim ordusu hər gün şəhərin müxtəlif yerlərindən cürbəcür xarakterli şagirdlərlədöyüşə gəlir. Özü orta məktəblərə, dərslərə təkcə həmin həndəvərdən deyil, müxtəlif istiqamətlərdən, bir neçə nəqliyyat dəyişərək çatanlar da var. İctimai nəqliyyatda gedişhaqqının artırılmasından sonra çətinliklər bir az da çoxalıb, amma alternativ yol hələ ki yoxdur. Bu barədə müəyyən fikirlər yarana bilər, millət vəkilləri, əlaqədar qurum sözçüləri bəlli istiqamətdə çıxış edib təkliflər irəli sürə bilərlər. Amma konkret şəkildə, hazırda yaşanan problemlər var ki, ondan bəhs etmək, yazıb üzə çıxarmaq, aidiyyatlı qurumların diqqətinə çatdırmaq da bizim işimizdir.

Hamıya məlumdur, paytaxt daxilində, şəhərin mərkəzində, Bakıətrafı kənd qəsəbələrə işləyən avtobusların hamısının ümdə bir problemi var - sərnişin bolluğu. Yəni sərnişin çox olsun, plan dolsun s. Amma həmin sərnişinlərin bolluğu avtobusların bir dayanacaqda digər sərnişinləri gözlətməsi, onları gecikdirməsi hesabına olmamalıdır. Yaxud, sürücülər bir dayanacaqda dəqiqələrlə gözləməsini, qrafikdənkənar vaxt itkisini digər dayanacaqlarda sərnişinləri az qala avtobus gedə-gedə düşürməklə kompensasiya etməməlidir. Şahidi olduğum bir hadisə: avtobusdan düşən bir qadının iki uşağından birini sərnişinlər sonradan ona təhvil verdilər. Çünki qadın dayanacaqda bir uşağının əlindən tutub düşməyə həmən imkan tapdı, digər uşaq avtobusun pilləkənindən düşənəcən qapı bağlandı uşağın çığırtısından, qapını döyən sərnişinlərin anındaca müdaxiləsindən sonra sürücü təkrar qapını açdı. Amma bu dəfə avtobus gedə-gedə sərnişinlərin köməyilə uşaq arxadan yüyürən qadına təhvil verildi. Amma avtobus bir dayandırıldı, sürücüyə acıqlı sərnişinlər bu dəfə tələskən ananın, ya da azyaşlı uşağın oturacaqda unutduğu çantasını qadına tulladılar. Belə, sırf azərbaycansayağı mənzərə ...

Estoniyadan danışmıram, bizə ondan xəbər kimi bəhs etmək yerinə düşür indilikdə. Bizim bəlli, amma həll olunası problemlərimiz var ki, onu adi bir vətəndaş mövqeyindən, vicdanından məsuliyyətindən çıxış edərək həll edə bilərik. Gündəlik rast gəldiymiz o qədər hadisələr olur ki, onu bəzi sərnişinlər susqunluqla, “ işim var?” etinasızlığıyla, bəziləri aqressiya, tək sürücüyə deyil, ölkəyə, dövlətə, siyasi anlamda baş verənlərə qıcıq formasında ifadə edirlər. Yəni yanaşmalar müxtəlifdir, sərnişin xarakteri kimi.

Amma baş verən hadisələri, üzə çıxan fövqəladə durumları soyuq başla da həll etmək olar. Bu məqamda, avtobuslara reklam formasında həkk olunanYol sənindir, təklif iradlarını bildircümləsinə gözüm sataşır. Yəni sərnişin ictimai nəqliyyata pul verib gedirsə, təhlükəsizliyinə təminat almalıdır. BNA ona da pis-yaxşı, yol qoyub - sözügedən elanı avtobuslara həkk etməklə sərnişinlərə yol göstərir. Yaxud, bəzi avtobusların şüşəsinə yapışdırılan elan formasında - təhlükəli hadisə yaşanarsa, sürücünün hadisəni əks etdirən aydın çəkilmiş fotosunu, avtobusun dövlət qeydiyyat nömrə nişanını s. qeyd etməklə məlumat verilməsi hüququnu sərnişinlərin üzərinə qoyur ...

Bəli, Estoniyada ictimai nəqliyyatda pulsuz gedənlər var. Havanı təmiz saxlayan, bol alış-verişə səbəb olan, özünü sərnişinlərini ünvana təhlükəsiz çatdıran avtobus sürücüləri onlardadır. Onlardan fərqimizi səhv etmirəmsə, bir neçə cümləylə qeyd elədim. Yetər ki Sabirin məşhur işim varsualını heç olmasa bu əsrdə aktuallıqdan xilas edək. Bəlkə onda özümüz xilas olarıq - avtobusu reaktiv təyyarə hesab edən sürücülərdən, ictimai nəqliyyatda baş verənlərə tamaşa edən, özünü ətrafını geriyə atan sərnişin susqunluğundan, vətəndaş mövqeyini demaqoqluq hesab edən əlaqədar qurumların əks-hücumundan, bir sözlə, qarşılıqlı olan hər cür məsuliyyətsiz davranışlardan ...

Dərsimizi yaxşı bilsək, bəlkə onda biz yüksək qiymətə iddia edə bilərik? Misal üçün, keçmişdə təcrübədən keçirdiyimiz ictimai nəqliyyatdan pulsuz istifadə formasına qayıtmaqla.

 Nigar Vaqifqızı