Bakının mərkəzində atışma: Generalın qohumu tutuldu

13:33 16-05-2019 44

 

Bakıda kütləvi dava edən gənclər polisə bıçaqla müqavimət göstərib.

“Report” xəbər verir ki, hadisə mayın 13-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Məlumata görə, Bakı sakinləri Əzizov İsa Nadir oğlu və Binnətəliyev Samir Teyyub oğlu onlarla birlikdə olan digər şəxslərlə bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov, S.Binnətəliyev, həmçinin Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədlitutulub. Daha bir neçə nəfərin axtarıldığı bildirilir.

İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrlə cinayət işi açılıb.

Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin qohumudur.

Mayın 13-dən 14-nə keçən gecə Nəriman Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 3 nömrəli yaşayış binasının qarşısında insident baş verib.

Oxu.az-a istinadən xəbər verir ki, hadisə 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlunun odlu silahdan atəş açması nəticəsində baş verib.

Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib.

Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, İsa Əzizov tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumudur.

 

 

14:43

Mayın 13-də saat 23 radələrində Nərimanov rayonunun A.M.Cümə küçəsində bir qrup şəxsin ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmələri barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, dərhal hadisə yerinə çıxan Polis Şöbəsinin əməkdaşları tərəfindən onlardan 5 nəfəri saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxslərin Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli olduqları müəyyən edilib.

Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin digər iştirakçılarının da tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, İsa Əzizov tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumudur.