Salam Sarvanın bacısı oğlu intihar edib, ya öldürülüb? - YENİLƏNİB

11:18 07-05-2019 610
Şair Salam Sarvanın bacısı oğlu, 22 yaşlı Mikayıl Mehman oğlu Qəmbərovun mayın 4-də intihar etdiyi barədə məlumat yayılmışdı.

Bakupost.az-ın məlumatına görə, mayın 4-də xeberle.com saytı yazıb ki, M.Qəmbərov yaşadığı mənzilin beşinci mərtəbəsindən özünü ataraq intihar edib.

Xəbərdə bildirilir ki, intiharın səbəbi bilinmir.

Qeyd edək ki, şair Salam Sarvan bacısı oğlunun öldürüldüyünü iddia edir.

***

Abşeron rayonunda tanınmış şair Salam Sarvanın bacısı oğlu öldürülüb.

Bu barədə Bakupost.az-a şair özü məlumat verib.

O deyib ki, hazırda mərhumu doğulduğu Cəlilabad rayonuna dəfn etməyə aparırlar.

Öldürülən şəxs 22 yaşlı Mikayıl Qəmbərovdur.