Yevlaxda faciə: ata maşınla uşağını vurub öldürdü

13:38 06-05-2019 795

Yevlaxda ata öz azyaşlı oğlunu maşınla vuraraq öldürüb. Hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.

Oxu.Az xəbər verir ki, ata maşını döndərmək istəyərkən ehtiyatsızlıqdan dörd yaşlı oğlunu əzib.

Qəza faciəvi sonluqla nəticələnib. 2015-ci il təvəllüdlü Kənan Ruslan oğlu İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın