Türkiyə vətəndaşı Naxçıvanda qəza törətdi: ölən var

17:09 02-05-2019 735

Türkiyə vətəndaşı Naxçıvanda yol-nəqliyyat hadisəsi törədib.

DİN-dən Axar.az-a verilən xəbərə görə, aprelin 30-da saat 22 radələrində Şərur rayonunun Dəmirçi kəndi ərazisində Türkiyə vətəndaşı K.Musa idarə etdiyi “Mersedes” markalı yük avtomobili ilə qarşıda gedən kənd sakini Hüseyn Əhmədovun idarə etdiyi “Lada-21041” markalı avtomobili vurub. Xəstəxanaya yerləşdirilən H.Əhmədov mayın 1-də orada vəfat edib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.