BMT-dən seksual zorakılığa qarşı qərar – Rusiya səs vermədi

11:48 25-04-2019 101

BMT Təhlükəsizlik Şurası hərbi konfliktlər zamanı seksual zorakılıqla mübarizə haqqında qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, qətnamədə hərbi konfliktlər zamanı bu tip cinayətlərin mütləq tədqiq edilməli olduğu və bunun qurbanı olan qadın, eləcə də qızlara hərtərəfli yardım və dəstək göstərilməsi gərəkdiyi yer alıb. Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 13 üzvü səs verib. Rusiya və Çin isə səsvermə zamanı bitərəf qalıb.

Qeyd edək ki, bundan öncə də bu tip qətnamə layihəsi Təhlükəsizlik Şurasına təqdim edilib. Lakin həmin qətnamə layihələrində qadınlara abort imkanlarının tanınması bəndinin yer alması Rusiya və ABŞ-ın buna qarşı çıxmasına səbəb olmuşdu.