24 dəqiqəyə 4 qol: "Çelsi" qazana bilmədi

11:03 23-04-2019 101

İngiltərə Premyer Liqasında XXXV turun son matçı keçirilib.

ONA-ya istinadən xəbər verir ki, yeganə oyunu Londonda baş tutub.

 

 Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparan “Çelsi” öz meydanında “Bernli”ni qəbul edib. Məhsuldar keçən görüşdəki qollar ilk 24 dəqiqədə vurulub. Komandalar hərəyə 2 dəfə fərqlənərək, 1 xal qazanıblar.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 26-28-də baş tutacaq. Ayın 23-24-də isə təxirə salınan matçlar oynanılacaq.