İdmançımız finalda ermənini məğlub etdi

14:55 22-04-2019 117

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Əbu-Dabi Dünya Peşəkar Ciu-Citsu çempionatı 2019” turnirində 8 yaşlı həmvətənimiz Ömər Abdulla finalda erməni təmsilçisi Samvel Qaloyana qalib gəlib.

Axar.az xəbər verir ki, o, 30 kq çəki dərəcəsində çıxış edib və qızıl medala layiq görülüb.

5 yaşlı Yasin Dadaşov isə 23 kq çəkidə yarışıb və yalnız finalda Qazaxıstan təmsilçisi Usman Ospana uduzaraq, ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirə 100-ə yaxın ölkənin idmançısı qatılıb.