BAKIDA FAHİŞƏXANADA ƏMƏLİYYAT — YATAQDA TUTULDULAR

23:03 07-04-2019 745

Bakıda qadınları gəlir məqsədilə fahişəliyə cəlb etməkdə və əxlaqsızlıq yuvası təşkil eləməkdə ittiham olunan Maman Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-a istinadən xəbər veririk ki, Maman Nadirova Nəsimi rayonunda paytaxt sakini Sevda Vəliyevanın (ad və soyadlar şərtidir – red.) mənzilini kirayə götürüb və orda əxlaqsızlıq yuvası təşkil edib.

23 dekabr 2016-cı il tarixdə Samir Məmmədovun Samirə Əliyeva ilə görüşünə həmin mənzildə şərait yaradıb.

Bunun müqabilində Maman Nadirova Samir Məmmədovdan qadınla mənzildə bir saat görüşməsi üçün 20 manat alıb.

Daha sonra Maman Nadirova yüngül həyat tərzi keçirən Nərmin Səlimovanı İsa Vəliyevlə görüşünə şərait yaradıb. O, İsa Vəliyevdən 50 manat alıb və həmin mənzildə Nərminlə görüşməsinə şərait yaradıb.

Maman Nadirova İsa Vəliyevdən aldığı 50 manatın 25 manatını özünə götürüb, 25 manatını isə qadına verib.
Bundan sonra Nərmin Səlimova həmin mənzildə İsa Vəliyevlə intim əlaqəyə girib.

Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında həmin mənzilə gəliblər.

Keçirilən əməliyyat nəticəsində mənzilin yataq otağında İsa Vəliyev Nərminlə yaxalanıb.

Maman Nadirova həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.