Salyanda avtomobil kanala düşdü, ölənlər var - FOTO

22:39 07-04-2019 830

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report” xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində olub. 

Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. 

Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri - 1993-cü il təvəllüdlü Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlu sürücü ilə birlikdə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş. Abışov xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.