"Mersedes" "Ford"la toqquşdu: ölənlər var

11:53 22-03-2019 885

Goranboy rayonunda “Mersedes” markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub.

FHN-dən Axar.az-a vrilən məlumata görə, hadisə nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.