DİN-də əməliyyat: 31 cinayətin üstü açıldı

12:39 13-03-2019 825

Ötən gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənTeleqraf.com-a verilən məlumata görə, martın 12-dən 13-dək ölkədə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.