Ozana vəfa borcumuz: Azərbaycan torpağı… - Video

12:42 21-02-2019 775

Türk dünyasının tanınmış sənətçisi, Ozan Arif adı ilə tanınan Arif Şirinin məzarına Türkiyənin bir çox şəhərindən, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi türk dövlətlərindən gətirilən torpaq qoyulub.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, üzərində gətirildiyi şəhər və ölkənin adı yazılan torpaq və çiçəklər torbalarda məzarın üzərinə qoyulub.

Qeyd edək ki, qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkən Ozan Arif müalicə aldığı On Doqquz May ("On Doqquz Mayıs") Universitetinin Tibb fakültəsində fevralın 13-də dünyasını dəyişib. Fevralın 16-da keçirilən dəfn mərasimində 10 minə yaxın insan iştirak edib.

Ozan Arif Azərbaycanda çox məşhur olan “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir.