Vəliəhdin 450 milyonluq tablosu saxta çıxdı – Şok

12:06 19-02-2019 645

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın 450 milyon dollara aldığı Leonardo da Vinçiyə məxsus tablo ilə bağlı sensasion iddia ortaya atılıb.

Kult.az xəbər verir ki, bəzi incəsənət tarixçiləri “Salvador Mundi” tablosunun məşhur rəssama deyil, onun tələbəsinə aid ola biləcəyini qeyd edib. Tarixçilər tablodakı bəzi xüsusiyyətlərin Leonardo da Vinçinin stilinə uyğun olmadığını bildiriblər.

Məşhur tarixçi Cakes Frank da tablonun Vinçiyə aid olmadığını və bu həqiqəti bir sıra siyasətçilərin, o cümlədən Əbu-Dabidəki “Luvr” muzeyi əməkdaşlarının bildiyini söyləyib.