Nazpəri Dostəliyeva bu birliyin üzvü seçildi

18:42 28-01-2019 840

Xalq artisti Nazpəri Dostəliyeva Aşıqlar Birliyinə üzv seçilib.

Teleqraf.com-un məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində bildirib:

“Saz sənəti atam Aşıq Əhmədəlinin mənə sevdirdiyi, ruhuma, qanıma qarışan bir sənətdir. Bu gün Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının təşəbbüsü ilə birliyin üzvü oldum. Sevincliyəm”.