Tacir: “Pulum çox olsa, arvadım da çox olar” - Video

15:38 28-01-2019 745

 

Müğənni Tacir Şahmalıoğlu “Hüseynova bacıları” verilişinə qonaq olub.

Teleqraf.com-un məlumatına görə, veriliş zamanı aparıcı müğənniyə “Vasif Məhərrəmli açıqlamasında deyib ki, kişilər sevgililərinin yanında rahat olur. Bəs siz necə?” sualını verib.

Tacir “Mən həyat yoldaşımın yanında rahat oluram” deyə sualı cavablandırıb.

Daha sonra aparıcı “Müsahibənizdə demişiniz ki, pulum çox olsa, arvadım da çox olar?” sualını səsləndirib. Müğənninin cavabı belə olub: “Bəlkə də pulum çox olsa, arvadım da çox olar”.