Ramiz Əzizbəylidən xoş xəbər: Sağalmaq üzrəyəm…

14:51 24-01-2019 835

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.

Bu barədə Report-a açıqlamasında xalq artisti özü bildirib.

“Gördüyünüz kimi artıq danışa bilirəm. Yaxşıyam, sağalmaq üzrəyəm. Evdə müalicəm davam edir. Həkimlər sağ olsun. Bütün millətimi öpüb, bağrıma basıram”, - R.Əzizbəyli əlavə edib.

Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir ifli, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub