KÖVRƏK ÜRƏK

14:50 17-01-2019 1035

Bir ürək tanıyırdım-"Böyük partlayış"ilə
Titrətdi Yer üzünü,dağıtdı öz-özünü...
Ağlatdı,ağlamağı bacaran insanları,
Ağladı,yaddaşında süjeti hazır olan
Neçə-neçə əsərin nakam qəhrəmanları...
***
O,çox az yaşadı torpaq üstündə,
Zülmət qısqanırdı Günəşə Onu,
Məzarın başında duran büstündə
Bərq vura,dağıla zülmətin donu...
Milyonlar qəlbində tuncdan heykəlin
Tökülüb,qalacaq əsrlər boyu-
"Xudafərin körpüsü","Qarlı aşırım",
"Çaldıran döyüşü"nün
Təxəyyül yaradan sətirlərində
Min bir növ məna var-ideal-dərin,
Müdriklik kəsb etmiş dürlü sözlərin...
***
Dədə Qorqud vüqarlı,
Ağ birçəkli gur saçına,bığlarına
Bu gün dümağ qar ələnib...
Kövrək dünyam səndə tapıb sərinlik, Sən dəryada zirvə tapdın,
Zirvələrdə dərinlik...
***
*****************************************
Səni düşünərkən mən,
Yadıma düşür hənmən-
Məhəmməd, Akif,Əli,
Fərəməz,Xəlil,Lütfəli,
Zəki bəy,Yunis,Qəşəm-
Həyatda tərzi-yaşam Sizlərdən öyrənmişəm...
P.S.

Kazım Məmməd