Azərbaycanlı biznesmen xanım Trampla fotosunu paylaşdı

11:54 17-01-2019 1080

Kaliforniyada yaşayan və “Paqani” avtomobil şirkətinin sahibi olan azərbaycanlı Ulmila xanım sosial şəbəkələrdəki 10 ilin dəyişimi trendinə qoşulub.

Kult.az xəbər verir ki, o şəxsi İnstaqram səhifəsində ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı ilə birgə çəkilmiş fotosunu paylaşıb.

“Bir vaxtlar Nyu Yorkda. İllər əvvəl -2009-2019. Şükr etmək üçün çox şey var”, - deyə o qeyd edib.

Xatırladaq ki, Ulmila xanım bundan əvvəl “Maşın şou”nun sonuncu mövsümündə səs toplaya bilməyərək ayrılan tanınmış vayner-aktyor Mənsur Şərifə 2.8 milyon qiyməti olan avtomobil hədiyyə etməsi ilə gündəmə gəlmişdi.