Nazirdən tələbələri sevindirəcək xəbər: Tam hazırdır

11:47 21-12-2018 142

Tələbələrin birinci qurultayından ötən dövr ərzində yeni strategiya və konsepsiyalar qəbul edilib. Təhsilin məzmunu, maliyyələşmə, infrastruktur beynəlxalq tələbələr uyğunlaşıb. Təhsil alanların əmək bazarının dəyişən tələbələrinə uyğunlaşmasına xüsusi diqqət yetirilir.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrin II qurultayında çıxışı zamanı deyib.

Nazir universitetlərin kadr potensialının gücləndirildiyini, ali təhsilin əlçatanlıq imkanının genişləndirildiyini bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüd imkanının yaradılması onların stimullaşdırılması üçün əhəmiyyətli addım hesab edilə bilər.

Nazir bu ilin qəbul imtahanlarında 41 minə yaxın gəncin tələbə adını qazandığını qeyd edib:

“Onlardan 3127 nəfəri 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb, 2090 nəfər 500-dən yüksək bal toplayaraq müəllim ixtisasını seçib. Təhsilin əlçatanlığını təmin etmək məqsədilə 2019-2020 tədris ilində dövlət sifarişli yerlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Tələbələri sevindirəcək daha bir yenilik, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 yerlik müasir yataqxananın tikintisinin tam başa çatması xəbəridir. Bina tələbələrin ixtiyarına verilmək üçün tam hazırdır. Sumqayıt, Gəncə şəhərlərində mövcud yataxana binaları əsaslı təmir edilir”.