3200 məktəb binası təmir və inşa edilib - Nazirlik

11:24 20-12-2018 143

Son 5 ildə 500-dən, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib.

Axar.az xəbər verir ki, bu barədə Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik hesabatda qeyd olunub. Təhsil Nazirliyindən bildirilib ki, görülən işlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

“İlk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib.

2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılıb.

Cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq”, - hesabatda vurğulanıb.