Oqtay Əsədovun lider namizəd olmasından şikayət olundu

18:46 13-02-2020 120

81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov və digər şəxslərin müraciətinə baxılıb.

paralel.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qurumun katibi Arifə Muxtarova məlumat verib.

O, müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsini təklif edib.

MSK müraciətlərin DSK-ya göndərilməsinə qərar verib.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Şahin İsmayılov lider namizəd elan olunub. Bundan başqa, 42 saylı Sumqayıt Seçki Dairəsi üzrə daxil olan müraciətlər də araşdırılması üçün DSK-ya göndərilib. 

Bu dairədə lider namizəd Tahir Mirkişilidir. 

Həmçinin 45 saylı Abşeron Seçki Dairəsi üzrə daxil olan şikayətlər araşdırılması üçün müvafiq dairəyə göndərilib. Burada lider namizəd Oqtay Əsədovdur. 

Aqşin Kərimov