Çingiz Qənizadənin nəticələri ləğv edildi

17:56 13-02-2020 265

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb. 

milletinsesi.info-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. 

O bildirib ki, 80 sayı İmişli-Beyləqan Seçki Dairəsinin seçki məntəqələrində pozuntu faktlarına dair müraciətlər daxil olub. 

O qeyd edib ki, ekspert qrupu müraciəti araşdırıb və 49 seçki məntəqəsindən 29-da pozuntuların olmasına dair qərara gəlib. 

“Qərar layihəsində bildirilib ki, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilsin”,-deyə A.Muxtarova məlumat verib. 

İclasda müvafiq seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.  

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, Çingiz Qənizadə həmin dairədə lider namizəd idi. 

Aqşin Kərimov