İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırdı

18:37 12-02-2020 115

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.