Anar Nəcəfli Təhsil nazirinin müşaviri təyin olundu - FOTO

18:25 12-02-2020 65

Təhsil naziri Ceyhun Bayramova yeni müşavir təyin olunub.  

News24.az-ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə bu vəzifəyə Anar Nəcəfli gətirilib. 

Anar Nəcəfli bu vaxtadək nazirlikdə sektor müdiri vəzifəsində çalışıb.  

Qeyd edək ki, Anar Nəcəfli “Nə? Harada? Nə zaman?” intellektual oyununda Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir.