Putin hamıdan sonra gəldi və... - VİDEO

15:11 24-01-2020 120

Tədbirlərə gecikməsi ilə məşhur olan Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin İsraildə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə də “ənənəsini” davam etdirib. Bu isə kuryoz hadisə ilə nəticələnib.

Tvc.ru bununla bağlı maraqlı anları qeydə alıb.

Kadrlardan görünür ki, Putin tədbirdə zala girərkən artıq ali səviyyəli qonaqların əksəriyyəti əyləşmişdi. RF dövlət başçısını öz yerinə İsrail Prezidenti Reuven Rivlin ötürüb. Öz oturacağına yaxınlaşanda Putin fransalı həmkarı Emmanuel Makronla görüşür.

Rivlin bir neçə dəfə sakitcə şahzadənin adını çəkir. Makron da RF dövlət başçısının qoluna toxunaraq xəbərdarlıq etmək istəyir. Lakin İsrail Prezidentinin də, fransalı həmkarının da bütün cəhdlərinə baxmayaraq, Putin Britaniya şahzadəsi ilə görüşmədən öz yerində əyləşir.

Artıq oturduqdan sonra Rivlin bir daha V.Putinə Britaniya taxtının vəliəhdini göstərir. Bundan sonra Putin azacıq tutulur, cəld qalxaraq şahzadə Çarzla görüşür.

Qeyd edək ki, Putinin gec görüşməsi də, şahzadənin buna reaksiyası da sosial şəbəkədə aktiv müzakirə olunub.