Qarabağda erməni əsgərlər güllələndi

15:09 24-01-2020 120

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yerləşən Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə silahlı insident baş verib. 

“Sputnik Ermənistan” xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib. 

Onun sözlərinə görə, naməlum şəraitdə iki əsgər - 2001-ci il təvəllüdlü Qenri-Ayk Zakaryan və 2000-ci təvəllüdlü Armen Mesropyan silahdan açılan atəş nəticəsində yaralanıb. Ovannisyan Zakaryanın vəziyyətinin ağır olduğunu bildirib. 

Hadisənin səbəbləri məlum deyil.