Geyimlərimi xüsusi hazırlatdırıram – Millət vəkili

14:18 19-11-2018 1225

Daha çox öz üzərimdə işlənmiş geyimlərə üstünlük verirəm. Geyimlərimi xüsusi olaraq hazırlatdırmağı daha çox sevirəm.

Kult.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova Modern.az-ın məşhurların yerli, yoxsa xarici brend geyimlərə üstünlük verməsilə bağlı keçirdiyi sorğunu cavablandırarkən deyib.

B.Muradova bildirib ki, geyimlərini xüsusi olaraq hazırlatdırmaq onu daha çox qane edir:

“Mən orta ixtisas təhsilli modelyer-texnoloqam. Bu işin texnologiyasını bilirəm. Gəncliyimdə geyimlərin dizaynını sınaqdan keçirmək istəklərim də olub. Öhdəsindən də pis gəlməmişəm.

Amma indi buna kifayət qədər vaxtım yoxdur. Ona görə də bu işi yaxşı bacaran dərzilərin köməyindən istifadə edirəm. Təbii ki, hərdən də müəyyən hazır geyimlər almaq qismətimə düşür.

Amma daha çox öz üzərimdə işlənmiş geyimlərə üstünlük verirəm. Bu məni daha çox qane edir”.