Fakt: Elçibəy “erməni havası”na oynayıb? - Video

16:05 19-11-2019 275

Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin rəqs edən zaman çəkilmiş görüntülərini paylaşaraq, fonda səslənən mahnının erməni rəqsi olduğunu iddia ediblər. Onlar bildiriblər ki, kimlərsə erməni mahnısını Elçibəyin rəqs videosuna əlavə edib və onun “erməni rəqsi” oynaması haqda təəssürat yaradıb. İstifadəçilər el arasında “Elçibəy havası” kimi tanınan bu mahnının əslində erməni rəqsi olmasını iddia edərək, sözügedən videonun silinməli olduğunu deyiblər.

Bəs həqiqət necədir: doğrudanmı Əbülfəz Elçibəy erməni musiqisinin sədaları altında rəqs edib?

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli Kult.az-a açıqlamasında bütün suallara aydınlıq gətirib.

Daha ətraflı videoda: