Vilayət Eyvazovdan daha bir - TƏYİNAT

15:00 15-11-2019 150

Yardımlı Rayon Polis Şöbəsinə yeni təyinat olub.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Şöhrət Kərimov Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, Ş.Kərimov bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.