Büdcədən qrantlar niyə artıb? – Ekspert səbəbini açıqladı

16:12 14-11-2019 210

“2020-ci ilin büdcəsinin yeni büdcə təsnifatı əsasında tərtibatı müstəqil təhlilləri xeyli çətinləşdirib. Yeni təsnifatda əsas dəyişikliklərdən biri dövlət büdcəsindən ayrılan qrantların büdcə xərclərində əks olunması ilə bağlıdır”.

Azpolitika.info xəbər verir ki, bu barədə büdcə məsələləri üzrə təhlilçi Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, 2019-cu il də daxil olmaqla indiyədək Naxçıvan Muxtar Respublikasına (NMR) verilən dotasiya iqtisadi təsnifatda “subsidiya və cari transferlər” maddəsi altında əks olunurdu.

2020-ci ildən etibarən isə Naxçıvana maliyyə yardımları “Qrantlar və digər ödənişlər” altında əks olunub: “Bir tərəfdən də bu dəyişikliyə paralel olaraq Naxçıvana ayrılan maliyyə yardımı 90 mln. manata yaxın artırlıb. Reallıqda dövlət büdcəsindən qrantlara ayrılan vəsaitin 6 dəfə artması sırf təsnifat dəyişikliyi ilə bağlıdır”.

R.Ağayevin sözlərinə görə, əksinə, Naxçıvana verilən qrantlar nəzərə alınmasa, 2019-cu ildə büdcə qrantlarının həcmi 100 mln. manata yaxın olub, 2020-ci ildə isə təxminən 26 mln. manat proqnozlaşdırılır.

Azpolitika.info