“Bazarstore” müştəriyə qurd “hədiyyə” etdi – FOTOLAR

16:04 07-11-2019 150

“Bazarstore” mağazasından alınan şokoladdan qurd çıxıb. Minval.info xəbər verir ki, “Bazarstore” marketlər şəbəkəsinin Yeni Yasamal ərazisindəki filialından alınan bahalı şokoladdan “hədiyyə” çıxıb.

Market müştərini bir neçə qurdla “mükafatlandırıb”. Müştəri qurd basmış şokoladın fotolarını çəkib və sosial şəbəkədə paylaşıb.

Həmin fotoları təqdim edirik: