“REAL heç vaxt bir nəfərin partiyası olmayıb…” – Natiq Cəfərlidən Azər Qasımlıya

18:05 06-11-2019 75

“REAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Sədrimiz İlqar bəy həbsdə olanda belə sədr və 1 nömrəli siyasi məhbus olmasına baxmayaraq, dəfələrlə zindandan göndərdiyi təklifləri qəbul edilməyib, İlqar bəy də bunu normal qarşılayıb”.

Bu barədə REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, indiki siyasi sistemdə başqa təşkilatlarda bu mümkün deyil:

“Hər səhər ofisə ən tez İlqar (İlqar Məmmədov) gəlir, çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyir – belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir. REAL tək adam təşkilatı ola bilməz. Bu, mümkün deyil. Belə olsaydı REAL-ı niyə yaradırdıq ki?! Gedib elə bu gün eyni qaydada idarə olunan partiyalardan birinə yazılardıq da. REAL həyatda şəxsi uğur hekayəsi yazmış insanların təşkilatıdır. REAL-ın özəlliyi və gözəlliyi də məhz budur! REAL həmişə şəxsi incikliyini və ambissiyasını arxa plana alan liderlərin təşkilatıdır – bu, belədir, belə də olacaq!”.