Keyfiyyətsiz şprislər satılır?

15:51 05-11-2019 185

Son günlər sosial şəbəkələrdə keyfiyyətsiz şprislərin satışı ilə bağlı məlumatlar paylaşılır. Yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub. 

Yayılan məlumatlarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlama yayıb. 

Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən milletinsesi.info-a verilən məlumata görə, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer alsa da, bu, həqiqəti əks etdirmir.

“Qeyd etmək istəyirik ki, Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb. Tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətlərini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq”.