İlham Əliyev 2 sərəncam imzaladı

16:33 21-10-2019 80

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edir:

Naxçıvan Muxtar Respublikasında energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Bayramov Kazım Bayram oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Zakir Allahverdi oğlu

Orucov Nüsrət Oruc oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.